[b]UEFA: Həlledici matçı qəbul edəcək arenalar dəyişdirilməlidi[/b]
30.06.2015 - 16:43
[b]UEFA: Həlledici matçı qəbul edəcək arenalar dəyişdirilməlidi[/b]

“Ötən il “Real” və “Sevilya” arasında Superkubok oyunu zamanı Kardiffdəki “Millenium” stadionunda olmuşduq. Bu arena Çempionlar Liqasının final matçını keçirə biləcək azsaylı stadionlardan biridi”. Apasport.az saytının məlumatına görə, bu sözləri UEFA-nın baş katibi Canni İnfantino deyib.

 

O, UEFA-nın İcraiyyə Komitəsinin avrokubokların 2016/17 mövsümünün final oyunlarının yeri ilə bağlı qərarına şərh verib.

 

İnfantino Çempionlar Liqasının həlledici qarşılaşmasının Uelsin Kardiff şəhərindəki “Millenium” stadionunda keçirilməsinin səbəbini də açıqlayıb: “Hər dəfə finalı “Uembli” və ya Berlinin Olimpiya stadionunda keçirə bilmərik. Həlledici matçı qəbul edəcək arenalar dəyişdirilməlidi. Kardiff isə dəfələrlə sübut edib ki, ən vacib oyunları ad qəbul edə bilər”.

 

Qeyd edək ki, İcraiyyə Komitəsinin yığıncağında 2016/17 mövsümünün Çempionlar Liqasının final oyunu Uelsin Kardiff şəhərindəki “Millenium”, Avropa Liqasının həlledici qarşılaşması İsveçin paytaxtı Stokholmdakı “Frends Arena”da keçirilməsi haqda qərar qəbul edib. Superkubok isə Makedoniyanın Skopye şəhərindəki “II Filip” stadionunda baş tutacaq. İclasda qurumun növbəti konqreslərinin tarixi və komitələrinin üzvləri də müəyyənləşib.