[b]UEFA gələn ay finalla bağlı qərar verəcək[/b]
28.12.2015 - 15:17
Avrokubokların 2017/18 mövsümünün final oyunlarının keçiriləcəyi stadionların adı 2016-cı ilin yanvarında bəlli olacaq. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqası və Avropa Liqasının həlledici oyunu ilə bağlı qərarı UEFA-nın İcraiyyə Komitəsi verəcək.
Qurumun İsveçrənin Nyon şəhərində keçiriləcək iclası iki gün davam edəcək. Yanvarın 25-26-da hər iki finalın taleyinə aydınlıq gəlməlidi.
Qeyd edək ki, Çempionlar Liqasının 2016-cı ildəki finalı Milanda, 2017-ci ildə Kardiffdə keçiriləcək. Avropa Liqasında isə həlledici oyunlara Bazel və Stokholm ev sahibliyi edəcək.
- Arda Güler “Real Madrid”də ayın futbolçusu seçilib
- Ertuğrul Doğandan mərc ittihamlarına cavab: “Bu, hamı üçün dərs olsun”
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
0
0