[b]UEFA həlledici oyunları Olimpiya stadionundan çıxardı - SƏBƏB[/b]
10.05.2016 - 16:14
[b]UEFA həlledici oyunları Olimpiya stadionundan çıxardı - SƏBƏB[/b]

UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın yarımfinal və final oyunlarının məkanı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, Bakı Olimpiya stadionunda keçirilməsi planlaşdırılan həlledici görüşlər başqa arenalarda baş tutacaq.

 

Buna UEFA-nın tövsiyəsi səbəb olub. Belə ki, yarımfinal oyunları “Dalğa Arena”da, final qarşılaşması isə 8-ci km qəsəbə stadionunda keçiriləcək.

 

Yarımfinal və final matçlarının məkanının dəyişdirilməsi azarkeş tutumu ilə bağlıdı. Belə ki, qitə futbol qurumu bu cür turnirlərin həlledici görüşlərində ajiotaj yaranmasının tərəfdarıdı. Bu səbəbdən də son qarşılaşmaların daha az tutumlu stadionlarda keçirilməsi tövsiyə olunub. Oyunların “Dalğa Arena” və 8-ci km qəsəbə stadionuna salınmasının digər səbəbi isə canlı yayım üçün bu arenaların daha əlverişli olmasıdı.

 

Qeyd edək ki, yarımfinal matçları mayın 18-də, final oyunu mayın 21-də baş tutacaq.

 

0