Çempionlar Liqasında (ÇL) qrup mərhələsinin III turunun ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytının UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, qurum azarkeşlər arasında sorğu keçirib.
UEFA-nın turun ən yaxşı oyunçusu adına namizədləri Lionel Messi (“Barselona”), Riyad Mahrez (“Lester”), Məsut Özil (“Arsenal”), Anxel di Mariya (PSJ), Yannik Karrasko (“Atletiko”), Pyerr-Emerik Obameyanq (“Borussiya”, Dortmund), Canluici Buffon (“Yuventus”) və Samir Nəsri (“Sevilya”) olub.
Əksəriyyət “Mançester Siti” ilə qarşılaşmada 3 qol və 1 məhsuldar ötürmə ilə “Barselona”nın böyükhesablı qələbəsinin (4:0) memarı olan Messini ən yaxşı hesab edib. Nəticədə argentinalı 38% səslə hamını qabaqlayıb. Leo cari mövsümdə ikinci dəfə ÇL-də turun oyunçusu seçilir.
Səsvermədə ikinci yeri tutan Riyad Mahrez 20%, üçüncü pillənin sahibi Pyerr-Emerik Obameyanq isə 15% səs toplayıb.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu