İngiltərə Premyer Liqasının son turunda fərqlənən “Mançester Yunayted”in kapitanı Ueyn Runi tarixə düşüb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 30 yaşlı hücumçu “Old Trafford” stadionunda 100-cü qolunu vurub.
“Bornmut” üzərində 3:1 hesablı qələbə qazanan “qırmızı-şeytanlar”ın ilk qolunun müəllifi olan Runi bu forma altında Premyer Liqa çərçivəsində “Old Trafford”da 100 qol səddinə çatan ilk oyunçu olub. O, bir stadionda 100-cü qolu vuran ikinci futbolçu olub. Bu baxımdan rekord “Arsenal”ın sabiq hücumçusu Tyerri Anriyə məxsusdu. Fransalı forvard karyerası ərzində “Hayberi” stadionunda 114 dəfə rəqib qapıçılarını məyus etməyi bacarıb.
Qeyd edək ki, Runi geridə qalan mövsümdə Premyer Liqada cəmi 8 qola imza atıb.