Azərbaycan yığmasının üzvü Ufuk Budak Türkiyədə növbəti matçını keçirib. Apasport.az saytının məlumatına görə, müdafiəçimizin komandası “Qaziantep BB” Türkiyə I liqasında XXV turun oyununa çıxıb.
“Boluspor”un qonağı olan Qaziantep təmsilçisi səfərdən 1 xalla dönməyi bacarıb. Qarşılaşmanın 19-cu dəqiqəsində qonaqlar avtoqol sayəsində hesabı açsalar da, fasilədən dərhal sonra “Boluspor” bərabərliyi təmin edib – 1:1. Sol cinah oyunçusu Ufuk meydana start heyətində daxil olub və 90 dəqiqə komandasına kömək edib.
Qeyd edək ki, “Qaziantep BB” 25 turdan sonra aktivində 36 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.