Azərbaycan millisi son 16 ayda ən zəif nəticəsinə imza atıb. Apasport.az saytının məlumatına görə, bu gün açıqlanan FİFA reytinqində dünyanın 118-cisi olan komandamız 2016-cı ilin sentyabrından sonra belə duruma düşməmişdi.
Həmin vaxt 133-cü olan millimiz sonrakı 15 ayda 76-117-ci yerlər arasında var-gəl edib. Bu dəfəki mövqeyimiz isə daha acınacaqlı olub.
Bununla da millimiz uğursuz ənənəni də davam etdirib. Belə ki, artıq 5 aydı irəliləyişə həsrətik. Bu müddətdə 4 dəfə geriləyən, 1 dəfə mövqeyini qoruyan yığma sonuncu dəfə ötən ilin avqustunda önə doğru addım atmışdı. Onda da inkişaf 1 addımlıq olmuşdu.