Ukrayna milisinin sabiq futbolçusu Vladimir Qomenyuk karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bunu 30 yaşlı hücumçunun özü açıqlayıb.
O bildirib ki, son klubu “Metallist”lə müqaviləsinə xitam verildiyindən yeni komanda axtarışındadı. Qomenyuk Azərbaycan komandalarının da maraq dairəsində olduğunu açıqlayıb: “Klubla müqaviləni pozub, mənə olan borclarının müəyyən vaxtda verilməsi ilə bağlı anlaşdıq. Gələcək karyeramla bağlı işlərlə agentim məşğuldu. O, mənim üçün klub axtarır. Ukrayna ilə yanaşı, Azərbaycan və Qazaxıstan variantlarım da var”.
Qeyd edək ki, vətənində “İkva”, “Tavriya”, “Dnepr”, Kiyev “Dinamo”su, “Arsenal” və “Metallist”də çıxış etmiş futbolçu Ukrayna millisində 8 oyun keçirib. O, yığmada son matçına 1 il əvvəl çıxıb.