[b]Ukraynalı futbolçu: Azərbaycandan təklif gəlsə...[/b]
04.05.2015 - 08:28
[b]Ukraynalı futbolçu: Azərbaycandan təklif gəlsə...[/b]

“Azərbaycandan təklif almamışam. Amma gəlsə, danışıq aparmaq olar”. Apasport.az saytı xəbər verir ki, bu sözləri ukraynalı futbolçu Dmitri Nemçaninov deyib.

 

Ölkəsinin mətbuatına danışan 25 yaşlı müdafiəçi klub axtarışındadı. “Volın”la yolları ayrılan Nemçaninov “Azərbaycan və Qazaxıstandan təklif gəlsə, cavabınız nə olar?” sualına belə cavab verib: “Hər iki ölkənin klublarından gələcək təklifi dəyərləndirmək olar. Təbii ki, müəyyən şərtlər altında. İndiki məqamda nə Azərbaycandan, nə də Qazaxıstandan təklif var. Mənim üçün prioritet məsələ karyeramı Ukrayna Premyer Liqasında davam etdirməkdi. Lakin burdan bir şey çıxmasa, Azərbaycan və Qazaxıstana da yollanmaq olar”.

 

Qeyd edək ki, Kiyev “Dinamo”sunun yetirməsi olan Nemçaninov 2013-2015-ci illərdə “Volın”ın formasını geyinib.