[b]Ukraynalılar Azərbaycanda “doqquzluğ”a vurdu[/b]
25.12.2017 - 13:06
[b]Ukraynalılar Azərbaycanda “doqquzluğ”a vurdu[/b]

“Keşlə”nin baş məşqçisi təyin olunan Yuri Maksimov Azərbaycan çempionatları tarixinə 53-cü legioner kimi düşəcək. Apasport.az saytının məlumatına görə, bunun üçün 6 aylıq müqavilə imzalayan ukraynalının rəsmi debütünün gerçəkləşməsi kifayətdi.

 

Onun debütü isə 2018-ci il fevralın 11-də “Səbail”lə ev oyununda gerçəkləşəcək. Premyer Liqanın (əvvəlki güclülər dəstəsi) 25 illik tarixində bunadək 52 əcnəbi mütəxəssis çalışıb. İlk gəlmə baş məşqçi isə 2001/02 mövsümündə “Turan”a rəhbərlik edən Naci Şensoy olub.

 

Maksimov ölkə çempionatının yüksək liqasının 9-cu ukraynalısı olacaq. Onadək bu ölkədən 8 baş məşqçi klublarımıza rəhbərlik edib. Bir sözlə, ukraynalılar “doqquzluğ”a Maksimovla düşəcək.

 

Onadək çempionatımızın ilk ukraynalısı - Anatoli Konkov, həmçinin Oleq Smolyaninov və Valentin Xodukin “İnter”ə (indiki “Keşlə”) rəhbərlik edib. 9 ildən sonra yenidən ukraynalıya tapşırılacaq paytaxt klubu ilə yanaşı, “Simurq” (Roman Pokora), “MKT-Araz” (İqor Nakoneçnı), “Neftçi” (Anatoli Demyanenko), “Xəzər Lənkəran” (Viktor Pasulko) və “Qəbələ” (Roman Qriqorçuk) ukraynalı mütəxəssislərə ehtiyac duyub.

 

Maksimov klubunun tarixində 6-cı legioner baş məşqçidi. Onadək 3 ukraynalıdan başqa iki gürcüstanlı – Kaxaber Sxadadze və Zaur Svanadze bu postu tutub.