[b]İbrahimoviç FİFA-ya meydan oxudu [/b]
09.04.2018 - 17:38
[b]İbrahimoviç FİFA-ya meydan oxudu [/b]

“Los Anceles Qalaksi” klubunun yeni transferi Zlatan İbrahimoviç FİFA-ya meydan oxuyub. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu dünya çempionatına buraxılmayacağı ilə bağlı xəbərlərə münasibət bildirib.

 

Bukmeker kontorlarından biri ilə müqaviləsi olduğu üçün FİFA-nın mundiala buraxmaq istəmədiyi isveçli veteran forvard ali futbol qurumunun belə hüququnun olmadığını söyləyib: “FİFA məni dayandıra bilməz. Bir yerdə olmaq istəsəm, olaram. Bu, milli komanda üçün də keçərlidi. İstəsəm, yığmada yer alaram. Bu, FİFA-nın yox, mənim qərarımdan asılıdı”.

 

İbrahimoviç İsveç yığmasına qayıdacağını da istisna etməyib: “Hər şey yaxşı getsə və illərdi gördüyüm işi davam etdirsəm, bu barədə danışmaq olar. İndi futbol oynadığım üçün xoşbəxtəm. Dünya çempionatında olub-olmayacağımı da birlikdə görəcəyik”.

 

Qeyd edək ki, Zlatan İbrahimoviç 2016-cı ildəki Avropa çempionatından sonra milli karyerasını başa vurub.