[b]Ulduz futbolçu nikotin qutusu ilə yaxalandı[/b]
30.03.2018 - 15:40
[b]Ulduz futbolçu nikotin qutusu ilə yaxalandı[/b]

İngiltərə yığmasının hücumçusu Ceymi Vardinin mətbuatda yayımlanan şəkli böyük səs-küyə səbəb olub. Apasport.az saytının Britaniya KİV-nə istinadən məlumatına görə, ulduz futbolçunun yığmanın məşqinə əlində bir qutu nikotinlə yollanması diqqətdən yayınmayıb.

 

Maraqlısı burasındadı ki, Vardinin əlindəki nikotin qutusu və enerjili içki WADA tərəfindən qadağan olunmuş preparatlar siyahısındadı. Bu maddələr ürək döyüntüsünü sürətləndirdiyi üçün oyun günləri istifadəsi qadağandı. Belədə anti-dopinq qaydaları pozulmuş hesab edilir.

 

Bir müddət əvvələ qədər siqaret aludəçisi olan Ceymi Vardinin nikotin və enerji içkilərini müntəzəm qəbul etdiyi bildirilir.