[b]Ulduz futbolçudan 1 illik müqavilə[/b]
12.04.2018 - 14:36
[b]Ulduz futbolçudan 1 illik müqavilə[/b]

“Bavariya”nın yarımmüdafiəçisi Frank Riberi klubla müqavilə müddətini yeniləyib. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, fransalı futbolçu gələn mövsüm də Münhen təmsilçisində qalmaq qərarına gəlib.

 

Bundesliqa klubunun idarə heyətinin sədri Karl-Haynts Rummenigge bu yaxınlarda həm Riberi, həm də Aryen Robbenlə yeni müqavilə məsələsində ilkin razılıq əldə etdiklərini bildirmişdi. Riberi artıq münasibətləri rəsmiləşdirib. O, cari mövsümün sonuna qədər olan anlaşmasını daha 1 il yeniləyib.

 

Qeyd edək ki, Frank Riberi 2007-ci ildən “Bavariya”nın formasını geyinir.