[b]Ulduz futbolçuya sərt cəza[/b]
26.01.2018 - 11:47
[b]Ulduz futbolçuya sərt cəza[/b]

PSJ-nin müdafiəçisi Dani Alveş sərt cəzaya məruz qalıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb onun “Lion”la matçda qırmızı vərəqə almasıdı.

 

Belə ki, Liqa 1-in XXII turu çərçivəsində baş tutan qarşılaşmanın 57-ci dəqiqəsində meydandan qovulan braziliyalı oyunçu baş hakimlə mübahisəyə girişib. Bunu araşdıran Nizam-İntizam Komitəsi Alveşi 3 oyunluq diskvalifikasiya edib. Bu isə o deməkdi ki, ulduz futbolçu “Monpelye”, “Lill” və “Tuluza” ilə oyunları buraxacaq.

 

Qeyd edək ki, “Lion” – PSJ matçı birincilərin 2:1 hesablı qələbəsi ilə nəticələnib.

0