[b]Vadim Vasilyev Rummeniggeni qabaqladı[/b]
04.11.2017 - 14:16
[b]Vadim Vasilyev Rummeniggeni qabaqladı[/b]

Avropa futbolunda ilin ən yaxşı klub idarəçisi müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, “Monako”nun vitse-prezidenti Vadim Vasilyev rəqiblərini qabaqlayıb.

 

O, “FCBusiness” jurnalının apardığı sorğuda ilin ən yaxşı futbol funksioneri adına layiq görülüb. Mərasim dünən Londonda keçirilib.

 

Vasilyev bu ada digər namizədlər - Florentino Peres, Edvin van der Sar, Karl-Haynts Rummenigge və Umberto Qandinini geridə qoyub.