[b]Valeri Bojinov “Qəbələ”də?![/b]
21.01.2017 - 14:30
[b]Valeri Bojinov “Qəbələ”də?![/b]

Tanınmış bolqarıstanlı futbolçu Valeri Bojinov karyerasını “Qəbələ”də davam etdirəcək. Apasport.az saytı xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb.

 

Xəbərdə bildirilir ki, “Partizan” klubunun hücumçusu artıq “Qəbələ” ilə ortaq məxrəcə gəlib. Belə ki, tərəflərin 1,5 illik müqaviləni razılaşdıqları vurğulanıb. Hətta anlaşmanın sonradan daha 1 il müddətinə uzadılması da gündəmdədi.

 

Həmçinin bu keçidin “Qəbələ”yə havayı başa gələcəyi qeyd edilib. Çünki Serbiya təmsilçisinin 31 yaşlı oyunçuya borcu var. Məhz buna qarşılıq klub transfer vərəqəsini Bolqarıstan millisinin sabiq üzvünə verəcək.

 

Qeyd edək ki, Valeri Bojinov karyerası ərzində “Fiorentina”, “Yuventus”, “Mançester Siti”, “Sportinq” kimi böyük klubların formasını geyinib.