[b]Valverde Messinin son durumu haqda[/b]
30.03.2018 - 23:33
"Barselona"nın baş məşqçisi Ernesto Valverde komandanın zədəli futbolçusu Lionel Messi haqda danışıb. Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, o, argentinalı oyunçunun son vəziyyəti ilə bağlı fikir bildirib.
Valverde Messinin sabah "Sevilya"ya qarşı oynayıb-oynamayacağının hələ bəlli olmadığını deyib.
O, həkimlərin Messini hazır vəziyyətə gətirmək üçün çalışdıqlarını qeyd edib: "Tibbi personalımız Messinin sağalması üçün əlindən gələni edir. Amma gözləməliyik. Futbol zədəsiz mümkün deyil".
0
0