“Barselona”nın baş məşqçisi Ernesto Valverdenin komandadan ayrılacağı barədə söz-söhbətlər gəzir. Apasport.az saytı xəbər verir ki, katalon klubunun prezidenti Jozep Bartomeu məsələyə münasibət bildirib. Onun sözlərinə görə, mediada çıxan xəbərlər doğru deyil.
“Valverdenin istefası ilə bağlı yayılan məlumat tamamilə yalandı. Onunla iki illik müqavilə imzalamışıq. Bu, Valverdenin layihəsidi. Biz onun işindən çox razıyıq” – deyə, Bartomeu bildirib.
Onun sözlərinə görə, klub rəhbərliyi Valverdenin arxasındadı: “Təbii ki, “Roma”nın bizi mübarəzidən kənarlaşdırması pisdi, ancaq klub rəhbərliyi heç vaxt Ernesto Valverdeyə şübhəylə yanaşmayıb”.