“Antalyaya gəlməyimiz komandanın xeyrinə olacaq. Ölkə daxilində qalsaydıq, yoxlama oyunları baxımından axsayardıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın futbolçusu Vaqif Cavadov deyib.
Yeni klubu ilə birlikdə Türkiyədə təlim-məşq toplanışında olan 27 yaşlı hücumçu Antalya hazırlıqlarını dəyərləndirib. O, klubun saytına açıqlamasında toplanışın faydasından bəhs edib: “Artıq bir həftədir ki Türkiyədə təlim-məşq toplanışını davam etdiririk. Hər şey yüksək səviyyədə təşkil edilib. Gündə iki dəfə olmaqla hazırlıq keçirik. Burada olduğumuz müddət də üç yoxlama matçı keçirmişik. Qarşılaşdığımız rəqiblər fiziki göstəriciləri yüksək olan komandalardır. Hər üç oyunu üstün oynasaq da, yalnız birində qələbə qazana bilmişik. Məğlub olduğumuz İran çempionu “Sepahan”la görüşdə də uşaqlar baxımlı futbol nümayiş etdirdi, lakin məğlub olduq. Belə qarşılaşmalarda nəticə önəmli deyil. Əsas olan odur ki, çempionatın 3-cü dövrəsinə qədər yaxşı forma yığaq”.
Cavadov komandaya uyğunlaşmada problem yaşamadığını bildirib: “Uyğunlaşma baxımından heç bir problem yaşamadım. Sadəcə olaraq, baş məşqçinin göstərişi ilə mövqe dəyişikliyini vurğulaya bilərəm. Düşünürəm ki, bu da mənim üçün problem olmayacaq. Baş məşqçi Samir Abasova və komandaya kömək etməyə gəlmişəm. İnşallah mövsümün sonunda komanda yuxarı pillələrdə qərarlaşacaq. Bunun gerçəkləşməsi üçün yaxşı heyətimiz var”.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu