“Oyuna çox ciddi hazırlaşırıq. Necə başlasaq, seçmə mərhələ elə də gedər. Bütün fikirlərimizi sabah baş tutacaq görüşə yönəltmişik”. Apasport.az saytının məlumatına görə, bunu millimizin və Türkiyənin “Qaziantep BB” klubunun hücumçusu Vaqif Cavadov deyib.
25 yaşlı hücumçu sabah Bolqarıstanla baş tutacaq görüşdə meydana çıxıb-çıxmayacağını bilmədiyini qeyd edib: “Hər şey baş məşqçidən asılıdı. Kimsə sabah üçün xəstələnə və ya zədələnə bilər. Bolqarıstanın bizə yuxarıdan aşağı baxması bizə əlavə motivasiya verir. Necə Rusiya və Türkiyəyə qarşı oynamışıqsa, yenə də elə oynayacağıq. Biz Bolqarıstan mətbuatının yazdıqlarına fikir vermirik. Oyuna kimi də oxumayacağam”.