[b]Vaqif Cavadov nə vaxt müqavilə bağlayacaq?[/b]
29.12.2017 - 11:12
[b]Vaqif Cavadov nə vaxt müqavilə bağlayacaq?[/b]

Qış fasiləsində heyətində dəyişikliklər edən “Keşlə” daha bir futbolçu ilə anlaşıb. Bu barədə apasport.az saytına paytaxt klubunun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov məlumat verib.

 

O bildirib ki, uzun müddətdi danışıq aparılan milli komandamızın sabiq hücumçusu Vaqif Cavadovla hərtərəfli razılıq əldə edilib. 28 yaşlı futbolçunun mövsümün sonuna qədər bakılılarla müqavilə bağlayacağı artıq dəqiqləşib. O da digər oyunçular kimi, yanvarın ilk günlərində rəsmi müqaviləyə qol çəkəcək.

 

Qeyd edək ki, “Keşlə” buna qədər Məqsəd İsayev, Kamran Ağayev və Pablo Podionu heyətinə qatmışdı.