Futbol üzrə Türkiyə PTT I Liqasında VIII turun oyunları keçirilib. Apasport.az saytının xəbərinə görə, Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov, yarımmüdafiəçi Rəhman Hacıyev və müdafiəçi Ufuk Budakın şərəfini qoruduğu "Qaziantep BB" növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Orduspor"la qarşılaşıb. Oyun futbolçularımızın komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, “Qaziantep BB”nin mövsümdə ilk qələbəsi olub. Ufukla Vaqif bu matçda 90 dəqiqə oynayıblar. Cavadov hətta 74-cü dəqiqədə komandasının ilk qoluna da imza atıb. Hacıyev isə qarşılaşmanın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Qaziantep BB" hazırda 7 xalla 14-cü yerdədi.
- Acun Ilıcalıdan iddialı sözlər – “Las-Veqası onların ayağına gətirəcəyəm”
- “Liverpul”da nəhəng müqavilə: ”TURKİSH AİRLİNES”
- İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt