AFFA Məşqçilər Komitəsi gələn mövsümün planları ilə bağlı layihə hazırlayıb. Bu barədə apasport.az saytına komitə sədri Vaqif Sadıqov məlumat verib.
Sadıqov sabah AFFA-nın baş katibi Elxan Məmmədovla görüşəcəklərini və bir çox məsələni müzakirəyə çıxaracaqlarını söyləyib: “Sabah yeni layihə ilə rəhbərliyin qarşısında çıxış edəcəyik. Gündəlikdə 8-10 məsələ var ki, onu müzakirə edəcəyik”.
Şahin Diniyev və Şakir Qəribovun AFFA ilə müqavilə müddəti bu gün başa çatır və sabahdan etibarən onlar Məşqçilər Komitəsinin üzvü sayılmayacaqlar. Bəs görəsən, onların gedişindən sonra yaranacaq boşluğu kimlər dolduracaq? Vaqif Sadıqov əllərində siyahı olduğunu qeyd edib: “Bu iki yerə namizədlərimiz çoxdu. Ola bilsin ki, baş katiblə sabahkı görüşdə elə bu məsələni də müzakirə etdik. Yalnız bu görüşdən sonra yeni nəsə söyləmək mümkündü”.