Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Atletiko” – “Arsenal” matçı qonaqların çalışdırıcısı Arsen Venger üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis avrokuboklarda 250-ci oyununa çıxacaq.
O, Madriddəki görüşədək 249 matçda baş məşqçi funksiyasını icra edib. Bu qarşılaşmalardan 202-si Çempionlar Liqası, 19-u Avropa Liqasında, 18-i Kuboklar Kubokuna təsadüf edib.
Venger klub turnirlərindəki oyun sayında yalnız Aleks Ferqyusondan geri qalır. Sonuncunun hesabında 269 matç var. Daha iki mütəxəssis “200” səddini arxada qoyub. Bunlar Mirça Luçesku (222) və Covanni Trapattonidi (201).
Qeyd edək ki, cari mövsümdə avrokubokların yarımfinalına yüksələn komandaların məşqçilərindən Vengerle Yupp Haynkes 150-dən çox oyunda iş başında olub. “Bavariya”nın məşqçisinin hesabında 174 matç var ki, bu gün “Real”la Madriddəki qarşılaşma onun üçün 175-ci olacaq.