Ukrayna Premyer Liqasında çıxış edən “Zarya” klubunun baş məşqçisi Yuri Vernidub cəzalana bilər. Apasport.az saytının məlumatına görə, buna səbəb mütəxəssisin ölkənin “Futbol” telekanalı haqqında dedikləridir.
Belə ki, Luqansk təmsilçisinin çalışdırıcısı sözügedən kanalı “Şaxtyor”a “işləmək”də ittiham etmişdi. Bu barədə kanalın əməkdaşı İqor Burbas açıqlama yayıb. O, bildirib ki, Vernidubdan Ukrayna Futbol Federasiyasının Nizam-İntizam Komitəsinə şikayət ediblər. Çalışdırıcını 100 min qriven cərimə edilməsi gözlənilir.
Hazırda geridə qalan 30 oyundan sonra aktivində 43 xal olan “Zarya” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Qeyd edək ki, Yuri Vernidub “Qəbələ”nin müdafiəçisi Vitali Vernidubun atasıdır.