Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, günün hər iki qarşılaşması “Olimpik Star”da baş tutub.
Günə "Uğur" – EKOL matçı ilə start verilib. Aşağı liqa təmsilçisi Yüksək Liqanın mükafatçılarından birini təmin edən EKOL-u mübarizədən kənarlaşdırmağa nail olub. Son anda VİP adını “Uğur”a dəyişən komanda uğurun yolunu meydanda da tapıb.
Yüksək Liqa komandaları “Marafon Futsal” və “FK. İtaldizain Futsal” arasında matç daha gərgin mübarizə şəraitində keçib. Komandalar hərəyə bir dəfə hesabda önə keçsə də, əsas və əlavə vaxtda qalib müəyyənləşməyib. Yarımfinalçının adına penaltilər seriyası aydınlıq gətirib. Daha dəqiq olan “Marafon Futsal” yarımfinala yüksəlib və bu raundda “Hell Energy” ilə qarşılaşacaq.
Azərbaycan kuboku
1/4 final
4 may
"Uğur" FK – EKOL - 6:4
Qollar: A. Ebrahim, 7:50, 39:32, A. Sheikhlar, 14:22, 25:20, A. Nasrollah, 17:21, R. Amoni, 21:36 // Z. Fərziyev, 7:20, 23:10, 31:13, R. Əhmədov, 39:43
Sarı vərəqələr: B. Jafari, 31:13 // Ə. Abasov, 15:27, N. Məmmədkərimov, 32:59
Hakimlər: Elçin Məmmədov, Yusif Nurullayev, Ramil Namazov
Hakim-inspektor: Aslan Həsənov
“Olimpik Star”
“Uğur” FK: 16. Seyfan Vahid (q), 4. Hamid Solari, 6. Amin Nasrollah, 7. Behroz Jafari, 10. Ali Ebrahimi, 1. Aydın Bəişli (q), 2. Seyid Abolfaz, 8. Alirza Sheikhlar, 9. Mohsin Geshoni, 15. Reza, Amoni 14. Yadulla Əmrəliyev (k)
Baş məşqçi: Fuad Rzayev
EKOL: 99. Emin Kürdov (q), 17. Fərid Ələkbərov, 11. Namiq Məmmədkərimov (k), 4. Fərid Atakişiyev, 10. Samir Həmzəyev, 1. İntiqam Babayev (q, k), 9. Əsgər Abasov, 2. Radik Əhmədov, 14. Zaur Fərziyev, 7. Sərxan Məstiyev, 13. Taleh Ağayev, 33. Ələsgər Ələsgərli
Baş məşqçi: Radik Əhmədov
“Marafon Futsal” - “FK. İtaldizain Futsal” - 2:2, penaltilərlə 3:2
Qollar: S. Məmmədov, 10:47, O, Talebi, 24:30 // N. İsmayılov, 7:25, A. Əzimov, 31:10
Sarı vərqələr: S. Goodarzi, 10:40, M. Morovati, 11:13 // N. İsmayılov, 17:57
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Yusif Nurullayev
Hakim-inspektor: Nazim Qaracayev
“Olimpik Star”
“Marafon Futsal”: 12. Kesra Mehdipour (q), 10. Seymur Məmmədov (k), 4. Majid Hacıbandeh, 8. Arif Bolouri, 20. Elyas Barati, 2. Kamran Hacıyev (q), 13. Majid Morovati, 7. İlkin Hacıyev, 9. Omid Talebi, 77. Saeid Goodarzi, 99. Rüstəm Bağırzadə, 22. Tofik Əliyev, 11. Hamid Khodoui
Baş məşqçi: Elşad Quliyev
“FK.İtaldizain Futsal”: 12. Ramil Həsənzadə (q, k), 7. Rəcəb Fərəczadə, 10. Faiq Əliyev, 8. Nihad İsmayılov, 6. Anar Ağayev, 1. Ümid Paşayev (q), 9. Elşən İbrahimxəlilov, 5. Ruzigar İbrahimzadə, 4. Elvin Quliyev, 13. Ağatahir Əzimov,
Baş məşqçi: Rəfail Adbulov