[b]Vüqar Məmməddən məğlubiyyət şərhi[/b]
07.05.2018 - 18:24
[b]Vüqar Məmməddən məğlubiyyət şərhi[/b]

“Turnirdə çox güclü komandalar iştirak edir. Yeganə mənfi tərəfi oyunların hər gün keçirilməsidi. İstirahətə və bərpa keçməyə zaman qalmayacaq”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının (U-19) baş məşqçisi Vüqar Məmməd deyib.

 

Slovakiyada milli komandalar arasına beynəlxalq turnirə start verilib. Yarışda çıxış edən Azərbaycan futbolçuları ilk matçda Macarıstana 0:1 hesabı ilə uduzub.

 

Oyundan sonra affa.az-a danışan Məmməd məğlubiyyətin səbəbini açıqlayıb: “Təəssüf ki, çox qol vəziyyətləri yaratmağımıza baxmayaraq, qələbə qazana bilmədik. Rəqib cərimə zərbəsindən sonra qol vurdu və bunun sayəsində qələbə qazandı. Amma futbolçularımızda istəyin olması sevindirici haldı. Növbəti oyunlarda xarakter nümayiş etdirib daha yaxşı oyun sərgiləcəyimizə və müsbət nəticə qazanacağımıza inanıram. Həmçinin, çalışıb ustalıq səviyyəmizi də artırmalıyıq”.