[b]Xavi Barselonaya qayıdır[/b]
28.12.2017 - 21:03
[b]Xavi Barselonaya qayıdır[/b]

Əfsanəvi futbolçu Xavi Hernandez Barselonaya geri dönür. Apasport.az saytının məlumatına görə, hazırda Qətərin “Əl-Sədd” klubunda çıxış edən Xavi yayda karyerasını bitirərək doğma şəhərində idman məktəbinin direktoru olacaq.

 

Bu barədə “Vila Olimpiko” adlı məktəbin mətbuat xidməti açıqlama yayıb. İnstaqram hesabından bildiriş yayımlayan idman məktəbi onunla iki illik müqavilə imzalandığını bildirib: “Xavi bizim klubumuzun idman direktoru olacaq. Rəhbərliklə anlaşmaya görə, qarşıdakı iki ildə komandamıza xidmət edəcək. İyunun 30-da karyerası başa çatacaq və Barselonaya geri dönəcək”.

 

Qeyd edək ki, “Barselona” klubunun alt yaş qruplarında yetişən Xavi Hernandes 1991-ci ildən 2015-ci ilə kimi bu komandanın formasını geyinib.