[b]Xavi Kasilyasa çatdı[/b]
06.11.2014 - 00:31
Çempionlar Liqasının qrup mərhələsinin IV turunda səfərdə “Ayaks”la qarşılaşan “Barselona”nın yarımmüdafiəçisi Xavi Hernandes üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, ispaniyalı futbolçuu hazırda davam edən və komandasının 0:1 hesabı ilə öndə olduğu görüşdə 144-cü matçına çıxıb.
Bununla da Xavi Avropanın ən nüfuzlu klub turnirində “Real”ın qapıçısı İker Kasilyasa çatmış olub. Madrid təmsilçisinin qolkiperi ötən gün “Liverpul”la matçda meydana çıxaraq, Hernandesi keçib.
0
0