[b]Xəyalların son günü, yoxsa...[/b]
04.09.2017 - 00:00
[b]Xəyalların son günü, yoxsa...[/b]

Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonası üzrə C qrupunda VIII turun qarşılaşmaları keçiriləcək. Apasport.az saytının məlumatına görə, bu tur qrupda bir sıra məqamlar baxımından həlledici ola bilər.

 

Bu, Azərbaycan millisinə də aiddi. Belə ki, VIII tur yığmamızın taleyi baxımından həlledici xarakterə malikdi.

 

Söhbət Rusiyada keçiriləcək final mərhələsi xəyalından gedir. Seçmə mərhələ oyunlarından öncə xəyal olan, ilk 3 matçdan sonra azarkeşlərin ümid etdiyi arzuya çevrilən mundial şansını yalnız kağız üzərində görə bilərik.

 

Sentyabrın 4-ü isə nəzəri şansların son günü kimi əlamətdar ola bilər. Bir sözlə, komandamız rəsmən xəyala vida etməyin astanasındadı.

 

Millimiz üçün 1-ci yer artıq rəsmən əlçatmazdı. Amma DÇ-2018-ə getmək üçün son şans olan pley-offa yüksəlmək nəzərə cəhətdən mümkündü. Çünki 2-ci yerdə olan Şimali İrlandiyadan 9 xal geri qalırıq.

 

Bu turnirdə şəxsi oyunlar deyil, top fərqi əsas götürüldüyündən hələ də ikincilik ümidi, ümidin zərrəsi mövcuddu. Amma bu gün həmin zərrəcik də itə bilər.

 

Bunun baş verməməsi üçün iki şərt reallaşmalıdı. Öncə millimiz San-Marinonu udmalıdı. İstənilən xal itkisi “Əlvida, mundial” deməkdi.

 

Qələbə qazansaq isə gözlər 2-ci pillədəki Şimali İrlandiyaya yönələcək. Böyük Britaniya təmsilçisi uduzmasa, yığmamız üçün əlçatmaz olacaq. Özü də ada təmsilçisi evdə oynayacaq və rəqibi də Çexiyadı.

 

Bir sözlə, millimiz həm özü udmalı, həm də Çexiyaya azarkeşlik etməlidi. Növbəti turda bir-biri ilə qarşılaşacaq Azərbaycanla Çexiyanın qələbəsi isə 2-ci yerin taleyini ən azı oktyabra qədər təxirə salacaq. İnandırıcı olmayan, yalnız kağızda görünən şanslarımız bir az uzunömürlü olacaq.

 

Amma çexiyalılarla görüş Şimali İrlandiya üçün də həlledicidi. Çünki qələbə qazanacağı halda pley-offa vəsiqə təmin olunacaq. Hətta heç-heçə də britaniyalılara yetərli olacaq.

 

Bu da o deməkdi ki, son iki tur 4 komanda üçün formallığa çevriləcək. Almaniya ilə Şimali İrlandiya 1-ci yer və birbaşa vəsiqə üçün savaşacaq.

 

Hərçənd, VIII tur 1-ci yerin də taleyinə aydınlıq gətirə bilə. Bunun üçün Bundestim qalib gəlməli, Şimali İrlandiya xal itirməlidi.

 

1.

Almaniya

7

7

0

0

29:2

21

2.

Şimali İrlandiya

7

5

1

1

14:2

16

3.

Çexiya

7

2

3

2

10:7

9

4.

Norveç

7

2

1

4

8:10

7

5.

Azərbaycan

7

2

1

4

3:11

7

6.

San Marino

7

0

0

7

1:33

0

 

0