[b]Xorvatiya - Azərbaycan oyununun hakimi müəyyənləşdi[/b] - FOTO
10.10.2014 - 15:51
[b]Xorvatiya - Azərbaycan oyununun hakimi müəyyənləşdi[/b] - FOTO

AVRO-2016-nın seçmə mərhələsində keçiriləcək Xorvatiya – Azərbaycan oyununun hakimləri müəyyənləşib. Apapsort.az saytının məlumatına görə, oktyabrın 13-də baş tutacaq oyunu isveçrəli ədalət təmsilçiləri idarə edəcək.

 

Osiyek şəhərindəki görüşün referisi Stefan Ştuder olacaq. ona həmyerliləri kömək edəcək.

 

Studer AVRO-2012-nin seçmə mərhələsində keçirilən Azərbaycan – Avstriya oyununda da baş hakim olmuşdu. İsveçrəlinin idarəçiliyi ilə yığmalarımızın keçirdiyi yeganə qarşılaşmada komandamız 1:4 hesabı ilə uduzmuşdu.

 

0