“Liverpul”un müdafiəçisi Deyan Lovrenin ailəsi ölümlə hədələnib. Apasport.az saytının məlumatına görə, bu barədə xorvatiyalı futbolçu özü açıqlama verib.
O, sosial şəbəkədən yollanmış mesajı paylaşaraq təəsüfünü bildirib: “İnsanların mənim haqqımda boş-boş danışıqlarına heç vaxt fikir verməmişəm. Ancaq mövzü ailəmdirsə, susa bilmərəm. Buna qətiyyən icazə verməyəcəm! Çox iyrənc vəziyyətdir”.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının IX turunda “Tottenhem”lə qarşılaşan “Liverpul” 1:4 hesabı ilə darmadağın olmuşdu. Qarşılaşmaya olduqca zəif başlayan Lovren azarkeşlərin qınağı ilə üzləşmiş və 31-ci dəqiqədə əvəzlənmişdi.
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya