AVRO-2016-nın seçmə mərhələsində oktyabrın 13-də millimizlə qarşılaşcaq Xorvatiya yığmasının hücumçusu Nikitsa Yelaviç komandanın düşərgəsini tərk edib. Apasport.az saytının məlumatına görə, 29 yaşlı forvard qərarını 2 gün əvvəl səfərdə Bolqarıstanı minimal hesabla məğlub edib, dünən Sofiyadan vətənə qayıtdıqdan sonra baş məşqçi Niko Kovaça verib.
Yelaviç buna səbəb millidəki durumundan razı olmadığını göstərib.
Gənc çalışdırıcı Kovaç hücumçunun gedişindən təəssüflənib: “Mən Nikitsanın bu hərəkətindən çox kədərləndim. Etiraf edim ki, o, məni təəccübləndiridi. Lakin onun qərarı ilə razılaşdım. Yelaviçə bu vaxta qədər milli komandada gördüyü işlərə görə təşəkkür edirəm. Ona gələcək həyatında uğurlar arzulayıram”.
Qeyd edək ki, oktabrın 11-də Bolqarıstanla oyunda Kovaç Yelaviçə meydana çıxmaq üçün şans verməyib. Nikitsa Xorvatiya yığmasında 36 matçda meydana çıxıb və rəqib qapılarından yalnız 1 top keçirməyi bacarıb.