[b]Yaponiya millisində yeni baş məşqçi[/b]
09.04.2018 - 13:53
Yaponiya millisinin yeni baş məşqçisi müəyyənləşib. Apasport.az xarici mətbuata istinadən xəbər verir ki, bu posta Akira Nisino gətirilib.
63 yaşlı mütəxəssis ötən gün istefaya göndərilən Vahid Halilhodziçi əvəzləyib. Nisinonun son iş yeri “Naqoya Qrampus” klubu olub.
Qeyd edək ki, Rusiyada keçiriləcək dünya çempionatında Yaponiya H qrupunda Polşa, Seneqal və Kolumbiya ilə mübarizə aparacaq.
0
0