[b]Yarımfinalda üç aşağı liqa klubu[/b]
07.05.2018 - 20:31
[b]Yarımfinalda üç aşağı liqa klubu[/b]

Futzal üzrə Azərbaycan kubokunda yarımfinalın hər iki cütü müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən 1/4 finalın son qarşılaşmasından sonra hər iki cütün tərkibi bəlli olub.

 

Maraqlıdı ki, Yüksək Liqa klublarından yalnız biri kubok uğrunda mübarizəni davam etdirəcək. Digər üç yarımfinalçı isə aşağı liqa təmsilçiləridi.

 

Elita klubu “Marafon Futsal” “Hell Energy” ilə üz-üzə gələcək. Finala digər vəsiqənin sahibi “Yasamal-2” - “Uğur” oyununda bəlli olacaq.