[b]Yarımfinalın ən yaxşısı kim olacaq: Mane, yoxsa Navas?[/b]
03.05.2018 - 13:29
Çempionlar Liqasının yarımfinal mərhələsində cavab görüşlərinin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, azarkeşlər iki oyunçu arasında seçim etməli olacaqlar.
Belə ki, “Roma” ilə səfər qarşılaşmasında “Liverpul”un 1 qoluna imza atan Sadio Mane və “Bavariya” ilə görüşdə möhtəşəm qurtarışlarla “Real”ı finala daşıyan Keylor Navas arasında "mübarizə olacaq".
Qeyd edək ki, "Real" - "Bavariya" matçı 2:2, "Roma" - "Liverpul" oyunu isə 4:2 hesabı ilə başa çatıb.
0
0