[b]Yaşar Vahabzadənin komandası yenə uduzacaq?[/b]
05.09.2017 - 18:32
[b]Yaşar Vahabzadənin komandası yenə uduzacaq?[/b]

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin növbəti oyununun əmsalı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avro-2019-un seçmə mərhələsi çərçivəsində İrlandiyanı qəbul edəcək Yaşar Vahabzadənin komandasının bu dəfə də məğlub olacağı gözlənilir.

 

Belə ki, bukmeyker saytları qonaqları favorit hesab edir. İlk görüşdə İsrailə 1:3 hesabı ilə məğlub olan millimizin bu dəfə 3 xal qazanmasına 4,10 əmsal verilib. İrlandların isə Bakıdan qələbə ilə qayıtması 1,92 əmsaldı. Görüşdə heç-heçə proqnozlaşdıranlar əmanətlərini 3,5 dəfə artıra bilərlər. 

0