“Mançester Siti”dən ayrılan Yaya Turenin növbəti iş yerinin hara olacağı bəlli deyil. Apasport.az saytının “El Larguero”ya istinadən məlumatına görə, kot-d’ivuarlı futbolçu yenidən “Barselona”da oynamağın əleyhinə olmadığını deyib.
“Barselona”ya qayıdaram. Əgər məni çağırsalar, əlbəttə, razılaşaram. Çünki “Barselona” dünyanın ən yaxşı komandasıdı. Lionel Messi və Andres İnyesta üçün darıxıram. “Barselona” həyatımdakı ən önəmli komanda idi. Onlar mənə təvazökarlığı, meydanda özümü necə aparmağı öyrətdilər. Sayələrində təcrübə qazandım” – deyə, Ture bildirib.
Qeyd edək ki, Yaya Ture 2007-2010-cu illərdə “Barselona”nın şərəfini qoruyub.