[b]Yaya Turenin meneceri: Bu xəbər yalandı[/b]
06.05.2015 - 23:26
[b]Yaya Turenin meneceri: Bu xəbər yalandı[/b]

“Mençester Siti”nin futbolçusu Yaya Turenin artıq “İnter”ə keçidə razılıq verdiyi xəbərləri yayılmışdı. Apasport.az saytının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, futbolçunun rusiyalı agenti Dmitri Selyuk bu xəbəri təsdiqləməyib.

 

Müştərisi ilə bir neçə klubun maraqlandığını bildirən menecer, hələ ki danışıqlar apardıqlarını deyib:

“Tureni heyətində görmək istəyən klublar çoxdur. Hələ tam olaraq qərar verməmişik. Görünür Mançini amilinə görə “İnter” haqqında daha çox yazırlar, ancaq bu düzgün informasiya deyil. Bir həftə sonra mən rəsmi olaraq sizə yekun qərarı deyəcəm”.