[b]Yenə Salah [/b]
09.04.2018 - 16:25
[b]Yenə Salah [/b]

“Liverpul”un futbolçusu Məhəmməd Salah növbəti dəfə Premyer Liqada ayın ən yaxşısı adına layiq görülüb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, misirli yarımmüdafiəçi mart ayında sərgilədiyi oyun sayəsində azarkeşlər arasında ən çox səs toplayan futbolçu olub.

 

Ötən ay çempionatın 4 matçında meydana çıxan 25 yaşlı hücumameylli futbolçu 6 qol, 2 məhsuldar ötürmə ilə yadda qalmışdı. Azarkeşlərdən 80 faizi onu ən yaxşı adına layiq görüb. Digər namizədlərdən Dele Alli (“Tottenhem”) 5%, Yan Vertongen, Hun-Min Son (hər ikisi “Tottenhem”) və Leroy Sane (“Mançester Siti”) 4%, David Silva (“Mançester Siti”) isə 3% səs toplayıb.

 

Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm noyabr, dekabr və fevral aylarının da ən yaxşısı olmuşdu.