“Bavariya”nın müdafiəçisi Filipp Lam yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, təcrübəli futbolçu Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsində “Atletiko” ilə qarşılaşmada meydana çıxmaqla, bu turnirdə 104-cü matçını keçirib.
Lam, bununla ÇL-də ən çox oyun keçirən almaniyalı futbolçu ünvanını ələ keçirib. 32 yaşlı müdafiəçiyə qədər rekord Münhen klubunun əfsanəvi qapıçısı Oliver Kanda olub. Lam bu turnirdə 103 görüş keçirmiş Kanın rekordunu yeniləyib.
“Atletiko”ya 0:1 hesabı ilə məğlub olan “Bavariya” isə ÇL-in qrupdan sonrakı mərhələlərində artıq 8-ci oyun idi ki, qələbə qazana bilmirdi. Münhenlilər son 8 belə görüşün 4-də heç-heçə edib, 4-də məğlub olublar.
O ki qaldı “Atletiko”ya, Dieqo Simeonenin yetirmələri Çempionlar Liqasında quru hesablı qələbə seriyasını davam etdirib. Təsadüfi deyil ki, madridlilər bu turnirdə son 16 qarşılaşmanın 14-də qapılarında top görməyiblər.
- AÇL: Yusuf fərqləndi, “Əl-Hilal” qələbə qazandı
- “Nottingem”in yeni baş məşqçisi bəlli olub - RƏSMİ
- “Bavariya” rəhbərliyi qərarını verdi: Kompani ilə yola davam
- Okan Buruk: "Sinqonun sağalması üçün ən azı iki həftə lazımdır"
- "Atletik"in baş məşqçisi: "9:0 hesabı ilə qalib gələcəyimiz haqda deyilənlər dəhşətdir"