[b] “Qarabağ”la oyuna ciddi hazırlaşırıq"[/b]
05.11.2014 - 17:45
“Komandamızın son oyunlarında nəsə alınmır. Mən avrokuboklara ciddi yanaşmadığımız fikri ilə razı deyiləm”. Apasport.az saytının məlumatına görə, bunu Ukraynanın “Dnepr” klubunun futbolçusu Yevgeni Şaxov deyib.
24 yaşlı yarımmüdafiəçi sabah Avroliqanın qrup mərhələsi çərçivəsində “Qarabağ” görüş öncəsi fikirlərini açıqlayıb.
O, bu gün Bakıda keçirilən mətbuat konfransında bildirib ki, görüşə ciddi hazırlaşıblar: “Əlbəttə, “Dinamo”ya uduzmaq, özü də böyük hesabla yenilmək pisdi. Amma biz “Qarabağ”la oyuna ciddi hazırlaşırıq. Problem yoxdu”.
0
0