[b]Yığma “Səbail”ə məğlub oldu[/b]
05.04.2018 - 15:16
[b]Yığma “Səbail”ə məğlub oldu[/b]

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib. Apasport.az saytının xəbərinə görə, Bakıda seleksiya xarakterli təlim-məşq toplanışında olan yığma “Səbail”in U-17 komandası ilə qüvvəsini sınayıb.

 

2003-cü il təvəllüdlü oyunçulardan təşkil olunmuş seçməmiz görüşdə 0:1 hesabı ilə məğlub olub.

 

Qeyd edək ki, U-16 bu gün daha bir yoxlama matçında 17 yaşadək futbolçulardan ibarət yığma ilə qarşılaşacaq. Oyun saat 16:30-da İsmət Qayıbov adına təlim-məşq bazasında keçiriləcək.