[b]Yığma üzvləri “Xəzər Lənkəran”dan ayrı düşüblər[/b]
17.10.2015 - 14:11
[b]Yığma üzvləri “Xəzər Lənkəran”dan ayrı düşüblər[/b]

Sabah Topaz Premyer Liqasının VIII turu çərçivəsində AZAL-ı qəbul edəcək “Xəzər Lənkəran” itkilərlə hazırlaşır. Klubdan apasport.az saytına verilən məlumata görə, hazırda baş məşqçi Yunis Hüseynov iki oyunçunun xidmətindən məhrumdu.

 

Bunlar əsas yığmanın müdafiəçisi Rasim Ramaldanov və U-21 millimizin yarımmüdafiəçisi Orxan Əliyevdi. İkinci bugünkü məşqdə kollektivdən ayrı, fərdi hazırlıq keçib. VI turda “Zirə” ilə görüşdə zədələnən Ramaldanov isə hələ də məşq etmir. Hər iki futbolçunun sabahkı qarşılaşmada iştirak etməyəcəyi dəqiqdi.

 

Qeyd edək ki, Lənkəranda aramsız yağışın yağması sabahkı “Xəzər Lənkəran” – AZAL oyununun təxirə salınmasına da səbəb ola bilər.

0