[b]Yığma üzvü baş məşqçisiz qaldı[/b]
09.06.2017 - 20:57
[b]Yığma üzvü baş məşqçisiz qaldı[/b]

Almaniya II Bundesliqa təmsilçisi “Erzgebirge” baş məşqçisiz qalıb. Apasport.az saytının məlumatına görə, “bənövşəyilər”in çalışdırıcısı Domeniko Tedesko Bundesliqada çıxış edən “Şalke” ilə anlaşıb.

 

O, helzenkirhenlilərlə 2017/18 mövsümünün sonuna kimi anlaşıb.

 

Bu ilin əvvəlində Aue təmsilçisinə baş məşqçi təyin olunan gənc mütəxəssis yaxşı vəziyyətdə olmayan komandanı aşağı dəstəyə yuvarlanmaqdan xilas edə bilmişdi.

 

Qeyd edək ki, milli komandamızın oyunçusu Dmitri Nazarovun da formasını geyindiyi “Erzgebirge” italiyalı mütəxəssisin rəhbərliyi ilə liqanı 39 xalla 14-cü pillədə başa vurub.