[b]Yığmalarımız B səbətində[/b]
30.10.2015 - 16:30
[b]Yığmalarımız B səbətində[/b]

Dekabrın 3-də 17 və 19 yaşadək futbolçular arasında Avropa çempionatının 2016/17 mövsümünün seçmə mərhələsinin püşkü atılacaq. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatmadan xeyli əvvəl səbətlərin tərkibi açıqlanıb.

 

Bakı vaxtı ilə saat 12:00-da U-17-lərin rəqibləri bəlli olacaq. 52 komandanın 13 qrupa bölünəcək ki, iştirakçılar iki səbətdə ayrılıb. Azərbaycan millisi B səbətində yer alıb.

 

Final mərhələsi Xorvatiyada keçiriləcək çempionata Almaniya elit-raunddan başlayacaq. Yığmamızın da qatılacağı ilkin mərhələnin oyunları 2016-cı il avqustun 19-dan sentyabrın 10-a qədər keçiriləcək.

 

A səbəti: İngiltərə, Hollandiya, Portuqaliya, İtaliya, Rusiya, Fransa, Çexiya, Avstriya, İspaniya, Polşa, Şotlandiya, Serbiya, İsveçrə, Belçika, İrlandiya, Ukrayna, İsveç, Norveç, Gürcüstan, Yunanıstan, Sloveniya, Macarıstan, Bosniya və Herseqovina, Belarus, İsrail, Slovakiya

B səbəti: Türkiyə, İslandiya, Bolqarıstan, Rumıniya, Şimali İrlandiya, Danimarka, Uels, Albaniya, Estoniya, Finlandiya, Latviya, Moldova, Kipr, Farer adaları, Azərbaycan, Lüksemburq, Makedoniya, Ermənistan, Litva, Monteneqro, Andorra, San-Marino, Cəbəllütariq, Malta, Lixtenşteyn, Qazaxıstan

 

Final mərhələsi Gürcüstanda keçiriləcək U-19-ların çempionatına da İspaniya elit-raunddan başlayacaq. Digər 52 iştirakçı isə ilkin mərhələdə 13 qrupa bölünəcək.

 

Azərbaycan millisi dekabrın 3-də, Bakı vaxtı ilə saat 13:00-da başlayacaq püşk öncəsi B səbətində yer alıb. Yığmamızın da qatılacağı ilkin mərhələnin oyunları 2016-cı ilin payızında baş tutacaq.

 

A səbəti: Portuqaliya, Serbiya, Avstriya, Almaniya, Rusiya, Türkiyə, Ukrayna, Fransa, Hollandiya, İngiltərə, Danimarka, Yunanıstan, Çexiya, Belçika, İrlandiya, Norveç, İsveç, İtaliya, Xorvatiya, Slovakiya, Şotlandiya, İsveçrə, İsrail, Monteneqro, Makedoniya, Bosniya və Herseqovina

B səbəti: Bolqarıstan, Polşa, Kipr, Uels, Macarıstan, Litva, Rumıniya, Estoniya, Şimali İrlandiya, İslandiya, Latviya, Ermənistan, Malta, Sloveniya, Finlandiya, Azərbaycan, Belarus, Albaniya, Moldova, Lüksemburq, Qazaxıstan, Andorra, San-Marino, Farer adaları, Cəbəllütariq, Lixtenşteyn

 

Qeyd edək ki, UEFA-nın qaydalarına əsasən Azərbaycan Ermənistan, Ukrayna Rusiya, İspaniya Cəbəllütariqlə eyni qrupda yer ala bilməz.