[b]Yığmalarımızın oyununda 3 qol[/b]
06.04.2018 - 09:03
17 və 16 yaşadək futbolçulardan ibarət milli komandalarımız yoxlama oyunlarında üz-üzə gəliblər. Apasport.az saytının məlumatına görə, İsmət Qayıbov adına təlim-məşq bazasında keçirilən oyun U-16-nın 2:1 hesablı qələbəsi ilə qeydə alınıb.
U-16-nın qollarına Fərrux Fərzəliyev və Kamal Kazımov imza atıblar. 17 yaşadək futbolçulardan ibarət milli komandamızdan isə Nemət Musayev fərqlənib.
0
0