2000-ci il təvəllüdlü futbolçular arasında Slovakiyada təşkil olunmuş beynəlxalq turnirdə qrup mərhələsinə yekun vurulub. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan yığması 3-cü turda yerli komanda ilə qarşılaşıb.
Oyun qolsuz bərabərliklə yekunlaşıb. Bu nəticədən sonra hesabındakı xalları 4-ə çatdıran U-19 millimiz qrupda 2-ci yeri tutub. Turnirin əsasnaməsinə uyğun olaraq, qrup qalibləri finalda, 2-ci pillənin tutan komandalar isə 3-cü yer uğrunda oyunda mübarizə aparmalıdı.
Yığmamız sabah keçiriləcək 3-cü yer uğrunda oyunda digər qrupun 2-cisi olan Amerika Birləşmiş Ştatları komandası ilə qarşılaşacaq. Finalda isə Slovakiya və Çexiya üz-üzə gələcək.
|
1 |
Slovakiya |
3 |
2 |
1 |
0 |
8-3 |
7 |
|
2 |
Azərbaycan |
3 |
1 |
1 |
1 |
3-1 |
4 |
|
3 |
Uels |
3 |
1 |
0 |
2 |
2-7 |
3 |
|
4 |
Macarıstan |
3 |
1 |
0 |
2 |
3-5 |
3 |