17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması tarixinin ən ağır məğlubiyyətlərindən birini alıb. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının Azərbaycanda keçirilən final mərhələsinin ilk turunda Portuqaliyaya 0:5 hesabı ilə uduzan millimiz antirekordun bir addımlığında dayanıb.
Belə ki, komandamız Avropa çempionatları tarixində 2-ci dəfə 5 və ya daha çox top fərqi ilə uduzub. Millimizin ilk uğursuzluğu 2010-cu ildə qeydə alınıb. Oktyabrın 24-də Şimali İrlandiya yığması komandamızın qapısından 6 cavabsız qol keçirib.
Adil Şükürovun baş məşqçiliyi vaxtındakı həmin darmadağın 74 oyun keçirib, 44 dəfə uduzan millinin ən ağır məğlubiyyətidi. 1994-2001-ci illərdə U-16, son 15 ildə U-17 kimi qitə çempionatında qatılan komandamız antirekordunun 1 addımlığında dayanıb. İkinci ən ağır məğlubiyyətimizi rəsmiləşdirən Portuqaliya 1 qol vursaydı, 6 ilin antirekordunu təkrarlayacaqdı.
Maraqlıdı ki, Şimali İrlandiyaya uduzduğumuz matç Portuqaliyada keçirilən seçmə mərhələdə qeydə alınıb. Bu ölkədə alınan antirekordu portuqaliyalılar yeniləməyə yaxın olub.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı