[b]Yığmamız Bolqarıstana uduzacaq?[/b]
12.10.2015 - 13:49
[b]Yığmamız Bolqarıstana uduzacaq?[/b]

AVRO-2016-nın seçmə mərhələsinin son oyununda Bolqarıstanla qarşılaşacaq Azərbaycan millisi özü üçün uğursuz gündə meydana çıxacaq. Apasport.az saytının məlumatına görə, komandamız tarixi ərzində 3 dəfə rəsmi oyun keçirdiyi oktyabrın 13-də xal qazana bilməyib.

 

Həmin gün bütün matçlarda uduzan yığmamız qola da həsrət qalıb. Sonuncu belə qarşılaşma isə ötən ilə təsadüf edib. Həmin vaxt Xorvatiyada 0:6 hesabı ilə uduzan yığmamızın baş məşqçisi Berti Foqts uğursuzluqdan sonra postundan ayrılmışdı.

 

 

DÇ-2006-nın seçmə oyunu

13 oktyabr 2004. Bakı. Azərbaycan – İngiltərə - 0:1

AVRO-2008-in seçmə oyunu

13 oktyabr 2007. Bakı. Azərbaycan – Portuqaliya - 0:2

AVRO-2016-nın seçmə oyunu

13 oktaybr 2014. Osiyek. Xorvatiya – Azərbaycan - 6:0

 

0